Birinə əlini çəkdirdi, o birini yola saldırdı


Şou-biznes 12 İyn 2018 17:47:00 295 0

Birinə əlini çəkdirdi, o birini yola saldırdı

"Maşın" realiti-şousunun ötən gün yayımlanan buraxılışında baş verənlər sosial şəbəkələrdə müzakirə edilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, gecə boyunca müğənni Roza Zərgərlinin bütün iştirakçıları idarə etməsi, hiylə qurması tənqidlərə səbəb olub. Hər kəs iştirakçılar bloqqer Hüseyn Əzizoğlu və reper Uranın qadın tərəfindən idarə edilməsini ələ salıb.

Ötən gün isə R.Zərgərli Pərvin Abıyeva və Aytən Səfərovaya "Kim mənim yerimə əlini götürüb gedə bilər? Mənə dostluğunuzu sübut edin" sözlərini deyib.