Orta məktəblərə qəbul zamanı ərazi prinsipi nəzərə alınacaq


Digərləri 12 İyn 2018 17:35:00 280 0

Orta məktəblərə qəbul zamanı ərazi prinsipi nəzərə alınacaq

Azərbaycanda ümumi təhsil müəssisələrinə ilk növbədə həmin təhsil müəssisələrinin yerləşdiyi ərazidə yaşayan uşaqlar qəbul olunacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Təhsil haqqında" qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 19-cu (Ümumi təhsil) maddəsinin 14-cü bəndinə təklif edilən əlavəyə əsasən, ilk növbədə ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə qəbul olunacaqlar.