Qanunsuz meşə materialları işlədən sex sahibi carimələnib (FOTO)


Digərləri 12 İyn 2018 17:34:00 540 0

Qanunsuz meşə materialları işlədən sex sahibi carimələnib (FOTO)

Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən reyd keçirilib.

Bakı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, Quba rayonu ərazisində keçirilən reyd zamanı Zərdabi qəsəbəsi ərazisində Taleh Qəribova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,7 kubmetr həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.