Villarreal sabiq futbolçusunu geri qaytardı


İdman 12 İyn 2018 17:30:00 282 0

Villarreal sabiq futbolçusunu geri qaytardı

Villarreal növbəti transferini reallaşdırıb. Goal.az xəbər verir ki, Santi Kazorladan sonra Xerar Moreno da sabiq klubuna qayıdıb. 26 yaşlı hücumçu 5 illik müqaviləyə imza atıb. Transferə görə Espanyol-a 15 milyon avro ödəniləcək. Moreno 2011-12-ci illərdə Villarreal-ın əvəzedici komandasında oynamış, daha sonra əsas komandaya gəlmişdi. O, 2015-ci ildən Espanyol-da çıxış edir. Moreno ötən mövsüm İspaniya Primerasında 38 oyuna çıxmış və 16 qol vurmuşdu.