Füzulidə raket hissəsi tapıldı FOTO


Digərləri 12 İyn 2018 17:15:00 221 0

Füzulidə raket hissəsi tapıldı  FOTO

Füzulidə həyətyanı sahədə raket hissəsi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, bu gün saat 11:18-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 11:26-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Üçüncü Zobcuq qəsəbəsi, ev 101 ünvanında 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar