Azərbaycan Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Nazirlər Müşavirəsinin sessiyasında iştirak edib


Digərləri 12 İyn 2018 17:09:00 221 0

Azərbaycan Dəmir Yolları Əməkdaşlıq Təşkilatı Nazirlər Müşavirəsinin sessiyasında iştirak edib

Qırğızıstanın paytaxtı Bişkekdə Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Nazirlər iclasının 46-cı sessiyası keçirilib.

Bakı. Qırğızıstanın paytaxtı Bişkekdə Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Nazirlər iclasının 46-cı sessiyası keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sessiyada DYƏT üzvü olan 24 ölkənin – Azərbaycan, Belarus, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Gürcüstan, Koreya Xalq Demokratik Respublikası, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Macarıstan, Moldova, Monqolustan, Özbəkistan, Polşa, Rumıniya, Rusiya, Slovakiya, Tacikistan, Türkmənistan, Ukrayna və Vyetnamın, eləcə də bu nəqliyyat sahəsi üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak ediblər. “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyətinə Hüquq şöbəsinin müdiri Nicat Quliyev başçılıq edib. Sessiyada Koreya Respublikasının DYƏT-ə üzv qəbul edilməsi haqqında; 2017-ci il üzrə DYƏT-in fəaliyyətinə dair hesabat haqqında; 2017-ci il üzrə DYƏT Təftiş komissiyasının hesabatı haqqında; 2017-ci ildə DYƏT Nəqliyyat siyasəti və strategiyası üzrə komissiyasının gördüyü işlərin nəticələri haqqında; 2017-ci ildə DYƏT Nəqliyyat hüququ üzrə komissiyasının gördüyü işlərin nəticələri haqqında; “Avropa-Asiya istiqaməti üzrə intermodal daşımalarının təşkilinə və istismarına dair razılaşmaya” dəyişikliklərin edilməsi haqqında; “Birbaşa dəmir yolu bağlantısı haqqında Konvensiya” mətninin qəbuluna dair Beynəlxalq konfransın gedişatı haqqında; BMT-nin Avropa İqtisadi Komisiyasının “Avropada və Avropa-Asiya nəqliyat dəhlizlərində vahid dəmir yolu hüququna dair” fəaliyyətinin gedişatı haqqında DYƏT Komitəsi sədrinin məlumatı; Peşəkar tədris/hazırlıq üzrə Müvəqqəti işçi qrupunun fəaliyyətinin gedişatı haqqında; 2019-cu il və sonrakı illər üzrə DYƏT-in Fəaliyyət proqramı haqqında; Üzvlük haqqının ödənilməsi haqqında; DYƏT Komitəsi büdcəsinin 2018-ci il üzrə son variantı, 2019-cu il üçün isə ilkin variantı haqqında; DYƏT Komitəsi rəhbərliyinin təyin edilməsi haqqında; Dəmir Yolları Əməkdaşlıq Təşkilatı (DYƏT) Nazirlər Müşavirəsinin 47-ci sessiyasının ilkin gündəliyi, keçirlmə yeri və tarixi haqqında məsələlər müzakirə edib, müvafiq qərarlar qəbul olunub.