Deputatdan təklif: "Vətəndaşlığı olmayanlara Azərbaycanda təhsil müəssisələri açmağa icazə verilməsin"


Siyasət 12 İyn 2018 16:55:44 35 0

Deputatdan təklif: "Vətəndaşlığı olmayanlara Azərbaycanda təhsil müəssisələri açmağa icazə verilməsin"

Vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda təhsil müəssisələri açmağa icazə verilməməlidir.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin növbədənkənar iclasında "Təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.

Deputat bildirib ki, ölkəmizdə dövlət dili Azərbaycan dilidir: "Amma "Təhsil haqqında" qanuna təklif olunan dəyişikliklərdə qeyd olunur ki, Azərbaycanda digər dillərdə də tədris aparıla bilər. "Digər dillər" nədir? Dünyada 2 mindən çox dil var. Eləcə də 5 dil dünya dili hesab olunur. Qanun layihəsində isə bu məsələ aydın deyil. Bunun izahı verilməlidir".

H.Babaoğlu qanunun 11-ci maddəsinə təklif edilən müddəalara da münasibət bildirib. Həmin maddədə icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təhsilin keyfiyyət təminatının qiymətləndirilməsi məsələsi əksini tapır. Millət vəkilinin fikrincə, burada sadəcə təhsilin keyfiyyətinin qiymətləndirilməsindən söhbət getməlidir:

"Əgər təhsilin keyfiyyət təminatından danışırıqsa, onda bu, təhsil müəssisəsinə gedən yollardan, həmin müəssisənin binasının keyfiyyətindən başlamış kadr məsələlərinə qədər böyük bir spekti əhatə edir. Ona görə də layihədə təhsilin keyfiyyətinin qiymətləndirilməsi vurğulanmalıdır".

O, həmçinin sənədin 15-ci maddəsinin 2-ci bəndinin qanundan tamamilə çıxarılmasını təklif edib: "Burada təsisçiləri əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər olan təhsil müəssisələrindən söhbət gedir. Yəni bununla biz xarici ölkə vətəndaşlarına ölkəmizdə təhsil müəssisələri yaratmağa icazə veririk. Amma bilirik ki, Azərbaycan vətəndaşı olmayan şəxslərin Azərbaycan dövləti qarşısında heç bir hüquqi öhdəliyi yoxdur. Belə olan halda, onlar nə üçün ölkəmizdə təhsil müəssisələri açmalıdır? Onların ən müxtəlif məqsədləri ola bilər. Dünyada belə termin var - "qeyri-ərazi müstəmləkəçiliyi". Söhbət ondan gedir ki, ölkə ərazi baxımdan işğal olunmur, amma qeyri-ərazi baxımından işğal olunur. Yəni insanların, ölkə vətəndaşlarının beyni işğal edilir. Mən düşünürəm ki, əgər vətəndaşlığı olmayan şəxslər bu formada ölkəmizdə təhsil müəssisələri açacaqlarsa, nəticə etibarilə, biz qlobal imperializmin qeyri-ərazi müstəmləkəçiliyinə məruz qala bilərik. Ona görə də bu müddəa qanun layihəsindən çıxarılmalıdır".

Aytənin 800 manatlıq libası like
  • 12 İyn 16:53  
Şou-biznes Aytənin 800 manatlıq libası

Aparıcı Aytən Səfərova bu dəfə geyimi ilə diqqət çəkib.

arrow Ətraflı
Monaco 16 yaşlı futbolçunu transfer etdi like
  • 12 İyn 16:50  
İdman Monaco 16 yaşlı futbolçunu transfer etdi

Monaco on altı yaşlı yarımmüdafiəçi Eliot Matazonu tran

arrow Ətraflı
Siqaretlərin qiyməti qalxa bilər like
  • 12 İyn 16:49  
Digərləri Siqaretlərin qiyməti qalxa bilər

Azərbaycanda tütündən hazırlanan siqaretlərə tətbiq edilən vergi artır

arrow Ətraflı
Lalə Məmmədovadan özü ilə bağlı like
  • 12 İyn 16:44  
Şou-biznes Lalə Məmmədovadan özü ilə bağlı

Əməkdar artist Lalə Məmmədova özü ilə bağlı maraqlı etiraf edib.

arrow Ətraflı
Mədəniyyət və İncəsənət Universitetində Milli Qurtuluş Günü qeyd edilib (FOTO) like
  • 12 İyn 16:43  
Digərləri Mədəniyyət və İncəsənət Universitetində Milli Qurtuluş Günü qeyd edilib (FOTO)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 1

arrow Ətraflı
2018-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılır - ƏLAVƏ OLUNUB like
  • 12 İyn 16:43  
İqtisadiyyat 2018-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılır - ƏLAVƏ OLUNUB

2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22,11 mlrd.

arrow Ətraflı
Bakı metrosundan daha bir müəmmalı FOTO yayıldı – like
  • 12 İyn 16:42  
Digərləri Bakı metrosundan daha bir müəmmalı FOTO yayıldı –

Az öncə sosial şəbəkələrdə və mediada gənc qızın gecə saatların Ba

arrow Ətraflı
"Professor" "Neftçi"yə qayıtdı like
  • 12 İyn 16:39  
Digərləri "Professor" "Neftçi"yə qayıtdı

"Neftçi” PFK-nın əvəzedici komandasına baş məşqçi təyinatı olub.

arrow Ətraflı
Azərbaycan və BMT 18 milyon dollarlıq layihələr reallaşdırmağı planlaşdırır like
  • 12 İyn 16:37  
Digərləri Azərbaycan və BMT 18 milyon dollarlıq layihələr reallaşdırmağı planlaşdırır

2018-ci ildə Azərbaycan və BMT Tərəfdaşlıq barədə çərçivə sazişi

arrow Ətraflı
"Bu ilin iyun ayı anomal keçir"  Nazirlik like
  • 12 İyn 16:35  
Digərləri "Bu ilin iyun ayı anomal keçir" Nazirlik

Çoxillik metereoloji­ məlumatların təhlili­ göstərir ki, bu ilin­ iyun

arrow Ətraflı
Zaqatalada leysan yağışlar dağda uçquna səbəb oldu  FOTO like
  • 12 İyn 16:34  
Digərləri Zaqatalada leysan yağışlar dağda uçquna səbəb oldu FOTO

Zaqatalada yağan leysan yağışlar nəticəsində dağda uçqun olub.

arrow Ətraflı
"Mənim ərim yoxdur axı, Zaur"  Kişi müğənnidən like
  • 12 İyn 16:33  
Digərləri "Mənim ərim yoxdur axı, Zaur" Kişi müğənnidən

Müğənni Rəvan Qarayev "5/5"də Zaur Kamalın qonağı olub.

arrow Ətraflı
Qrizmann qərarını bu gün açıqlayacaq like
  • 12 İyn 16:31  
İdman Qrizmann qərarını bu gün açıqlayacaq

Atletico Madrid klubunun hücumçusu Antuan Qrizmann

arrow Ətraflı