Deputatdan təklif: Vətəndaşlığı olmayanlara Azərbaycanda təhsil müəssisələri açmağa icazə verilməsin


Digərləri 12 İyn 2018 16:49:16 217 0

Deputatdan təklif: Vətəndaşlığı olmayanlara Azərbaycanda təhsil müəssisələri açmağa icazə verilməsin

Vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda təhsil müəssisələri açmağa icazə verilməməlidir.

Bakı. Elçin Mehdiyev – Vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda təhsil müəssisələri açmağa icazə verilməməlidir. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin növbədənkənar iclasında "Təhsil haqqında" qanuna dəyişikliklərin müzakirəsi zaman deyib. Deputat bildirib ki, ölkəmizdə dövlət dili Azərbaycan dilidir: "Amma "Təhsil haqqında" qanuna təklif olunan dəyişikliklərdə qeyd olunur ki, Azərbaycanda digər dillərdə də tədris aparıla bilər. "Digər dillər" nədir? Dünyada 2 mindən çox dil var. Eləcə də 5 dil dünya dili hesab olunur. Qanun layihəsində isə bu məsələ aydın deyil. Bunun izahı verilməlidir".