Azərbaycan və BMT 18 milyon dollarlıq layihələr reallaşdırmağı planlaşdırır


Digərləri 12 İyn 2018 16:37:22 276 0

Azərbaycan və BMT 18 milyon dollarlıq layihələr reallaşdırmağı planlaşdırır

2018-ci ildə Azərbaycan və BMT Tərəfdaşlıq barədə çərçivə sazişi çərçivəsində 18 milyon dollardan çox məbləğdə layihələr reallaşdırmağı planlaşdırır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu saziş çərçivəsində yaradılmış idarəetmə komitəsinin iclasında Azərbaycan iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, 2017-ci ildə bu sənəd çərçivəsində 16,5 milyon dollar məbləğində layihələr icra olunub.