Qrizmann qərarını bu gün açıqlayacaq


İdman 12 İyn 2018 16:31:00 287 0

Qrizmann qərarını bu gün açıqlayacaq

Atletico Madrid klubunun hücumçusu Antuan Qrizmann yaxın vaxtlarda özünün gələcək karyerası barədə açıqlama verəcəyini demişdi.

Goal.az xəbər verir ki, futbolçu tərəfindən açıqlamanın bu gün veriləcəyi gözlənilir.

Xatırladaq ki, bu gün Fransa millisinin DÇ- 2018 ərəfəsində sonuncu mətbuat konfransının təşkili nəzərdə tutulub.

Qeyd edək ki,Antuan Qrizmannın Barcelona-ya keçəcəyi gözlənilir. Bəzi mətbuat orqanları isə onun indiki klubunda – Atletico-da qalacağını bildirirlər.