Siqaretlərə tətbiq edilən vergi artırılıb


Digərləri 12 İyn 2018 16:30:00 243 0

Siqaretlərə tətbiq edilən vergi artırılıb

Azərbaycanda tütündən hazırlanan siqaretlərə tətbiq edilən vergi artırılıb.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda tütündən hazırlanan siqaretlərə tətbiq edilən vergi artırılıb. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən dəyişikliyə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 12 manat vergi tutulacaq.