Məktəblilər internetdə olan təhlükələrdən müdafiə ilə bağlı maarifləndirilib


Digərləri 12 İyn 2018 16:06:09 295 0

Məktəblilər internetdə olan təhlükələrdən müdafiə ilə bağlı maarifləndirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC Qəbələ rayonunda uşaqların internetdə olan təhlükələrdən müdafiəsi mövzusunda seminar keçirib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC Qəbələ rayonunda uşaqların internetdə olan təhlükələrdən müdafiəsi mövzusunda seminar keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, sözügedən tədbir Şamaxı, Hacıqabul, Sabirabad məktəblərində bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin davamı olaraq təşkil olunub. İnteraktiv şəkildə aparılan seminarda internetdə zərərli kontentlərdən qorunmağın yolları izah olunub.