Milli Dram Teatrında “Manqurt” tamaşasının premyerası keçiriləcək


Digərləri 12 İyn 2018 15:50:00 325 0

Milli Dram Teatrında “Manqurt” tamaşasının premyerası keçiriləcək

İyunun 13-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşasının premyerası keçiriləcək.

Bakı. İyunun 13-də Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində “Manqurt” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbər Anar Babalı, səhnələşdirmə və rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.