Hikmət Hacıyev: "Eurasianet.org" portalından Dağlıq Qarabağa səfərlə bağlı XİN-ə iki rəsmi məktub daxil olub


Digərləri 12 İyn 2018 15:57:00 246 0

Hikmət Hacıyev: "Eurasianet.org" portalından Dağlıq Qarabağa səfərlə bağlı XİN-ə iki rəsmi məktub daxil olub

"Eurasianet.org" tərəfindən Azərbaycana əvvəlcədən rəsmi müraciət edildiyini, ölkəmizin qanunlarına və ərazi bütövlüyünə hörmət ifadə olunduğunu nəzərə alaraq, media azadlığına hörmət prinsipi əsasında sözügedən jurnalistin səfərinə etiraz edilməyib.

Bakı. “Eurasianet.org” portalında Azərbaycanla əlaqədar çıxan materiallarla əksər hallarda razılaşmamağımıza və qərəzli hesab etməyimizə baxmayaraq, işğal olunmuş ərazilərə jurnalist qismində səfər etmək üçün "Eurasianet.org" tərəfindən Azərbaycana əvvəlcədən rəsmi müraciət edildiyini, ölkəmizin qanunlarına və ərazi bütövlüyünə hörmət ifadə olunduğunu nəzərə alaraq, media azadlığına hörmət prinsipi əsasında sözügedən jurnalistin səfərinə etiraz edilməyib. Bunu “Eurasianet.org” portalının müxbiri Joşua Kuçeranın özünəməxsus sosial şəbəkələrdə işğal olunmuş ərazilərimizə səfər etdiyi barədə məlumatına münasibət bildirən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib.