Türkiyədən BƏYANAT: İraq ərazisini tərk etməyəcəyik


Dünya 12 İyn 2018 15:45:00 253 0

Türkiyədən BƏYANAT: İraq ərazisini tərk etməyəcəyik

Türkiyə Silahlı Qüvvələri (SQ) sərhədlərin təhlükəsizliyini təmin etmək məqsədilə İraq ərazisini tərk etməyəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli deyib.

Nazir bildirib ki, Türkiyənin məqsədi İraqın dağlıq rayonlarının PKK terrorçularından təmizlənməsi, həmçinin düzənlik ərazilərdə təhlükəsizlik zonalarının yaradılmasıdır.