Kadırov Salahdan istifadə edib?


İdman 12 İyn 2018 15:12:00 283 0

Kadırov Salahdan istifadə edib?

Misirin futbol üzrə milli komandası dünya çempionatına Çeçenistanda hazırlaşır.

Goal.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, komandanın mundiala hazırlığı

Çeçenistan prezidenti Ramzan  Kadırovu da maraqlandırıb. Belə ki, prezident  misirlilərin qaldığı otelə gəlib. O, millinin və “Liverpool”un futbolçusu Məhəmməd Salahı

öz maşını ilə “Axmat Arena”ya - Misir millisinin məşq etdiyi stadiona aparıb.

Respublika prezidentinin bu hərəkəti birmənalı qarşılanmayıb. Belə ki, bəzi hüquq müdafiəçiləri

Ramzan Kadırovu  qınayıblar. Onlar hesab edirlər ki , Çeçenistan prezidenti insanlar arasında nüfuzunu artırmaq üçün bu cür metoddan istifadə edib

Misir millisinin icraçı direktoru Eihab Leheita baş verənlərə münasibət bildirməkdən imtina

 edib. İcraçı direktor şərh üçün FİFA- ya müraciət  olunmasını məqsədəuyğun  sayıb.