Daşqınla bağlı son durum barədə İcra Hakimiyyətindən RƏSMİ


Digərləri 12 İyn 2018 15:19:00 228 0

Daşqınla bağlı son durum barədə İcra Hakimiyyətindən RƏSMİ

Balakən rayonunun Katex kəndində Dəliçay çayının daşması nəticəsində dəymiş ziyan aradan qaldırılır.

Bakı. Samir Əli - Balakən rayonunun Katex kəndində Dəliçay çayının daşması nəticəsində dəymiş ziyan aradan qaldırılır. Bu barədə Trend-ə açıqlamasında Balakən rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Azad Balayev deyib. Komissiya sədri bildirib ki, dünən gecə saatlarında çayın daşması nəticəsində kəndin həyətyanı sahələrini su basıb: "30-dan artıq evə sel suları və lil dolub. Bu vaxta qədər heç vaxt Dəliçayda belə daşqın olmayıb. Gecə saatlarından Fövqəladə Hallar Komissiyasının əməkdaşları ərazidədir. Gecə saat 04:00-dan etibarən ərazidən suyun çəkilməsinə başlanılıb. Artıq evlər sudan təmizlənib. Hazırda həyətyanı ərazilərdən su çəkilməsi davam edir".