Avtoxuliqanlıq edən sürücülər inzibati məsuliyyətə cəlb olunub (FOTO)


Digərləri 12 İyn 2018 14:59:00 258 0

Avtoxuliqanlıq edən sürücülər inzibati məsuliyyətə cəlb olunub (FOTO)

Bakı şəhərində avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaratdığına, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən, polisin qanuni tələbini yerinə yetirmədiyinə sürücülər inzibati məsuliyyətə cəlb olunub.

Bakı. Samir Əli - Bakı şəhərində avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaratdığına, cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən, polisin qanuni tələbini yerinə yetirmədiyinə sürücülər inzibati məsuliyyətə cəlb olunub. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədovun Trend-ə verdiyi məlumata görə, müəyyən olunan sürücülər paytaxtın müvafiq rayon məhkəmələri tərəfindən çıxarılan qərarlar əsasında həbs olunmaqla inzibati məsuliyyətə cəlb olunub. Onlardan Salmanov Xəyal İntiqam oğlu iyunun 10-da 12:30 radələrində “BMW- 528” markalı 90- ON-083 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu Kənar Dairəvi yolda özündən öndə hərkətdə olan digər nəqliyyat vasitəsi ilə düzgün ara məsafəsi saxlamayıb. Öndəki avtomobilin yolda keçid hüququna malik olduğu halda yol verməyib, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranəcasına pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozması ilə nəticələnən inzibati xəta tərkibi yaradan hallar törədib. Göstərilən əməllərin xüsusatlarına müvafiq olaraq X.Salmanov Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.1, 331 və 511.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta törətməkdə təqsirli bilinib. Və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir il) müddətə məhdudlaşdırılmaqla, onun barəsində 15 (on beş) gün müddətinə həbs tətbiq edilib. Digər təqsirli Hümbətov Elçin Məcnun oğlu iyunun iyunun 9-da 00:05 radələrində “Chevrolet” markalı, 10-OZ-919 dövlət qeydiyyat nişanlı avtomobillə payatxtın Tbilisi prospekitndə avtomobili idarə edərkən ictimai qaydanı və ictimai təhlükəsiziliyi nümayişkaranə şəkildə davamlı olaraq pozamaqla inzibati xəta törədib. Göstərilən əməllərin xüsusatlarına müvafiq olaraq, E.Hümbətov Yasamal Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 511.1 maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitəsinin idarə etmək hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 30 (otuz) gün müddətinə həbs tətbiq edilib.