Təhsil Nazirliyi köçürülən tələbələrin SAYINI açıqladı


Digərləri 12 İyn 2018 15:10:05 226 0

Təhsil Nazirliyi köçürülən tələbələrin SAYINI açıqladı

Bu il bakalavriat və magistratura səviyyələri üzrə tələbə köçürmələri üçün transfer.edu.az portalı vasitəsi ilə müraciət edən 1067 nəfərin sorğusu təsdiq olunub.

Bakı. İlhamə İsabalayeva - Bu il bakalavriat və magistratura səviyyələri üzrə tələbə köçürmələri üçün transfer.edu.az portalı vasitəsi ilə müraciət edən 1067 nəfərin sorğusu təsdiq olunub. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bakalavriat üzrə yerli ali təhsil müəssisələrindən 650, xaricdəki universitetlərdən 26, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə 186 nəfərin sorğusuna müsbət cavab verilib.