Gürcüstan XİN başçısı: "Azərbaycanla münasibətlərimiz strateji tərədaşlıq səviyyəsinə yüksəlib"


Siyasət 12 İyn 2018 14:50:00 296 0

Gürcüstan XİN başçısı: "Azərbaycanla münasibətlərimiz strateji tərədaşlıq səviyyəsinə yüksəlib"

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Mixail Canelidze ilə görüşüb

Diasporlaİş üzrəDövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın xarici işlər naziri Mixail Canelidze ilə görüşüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Azərbaycanla Gürcüstan arasında əlaqələr, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri, ikitərəfli, həmçinin Azərbaycan-Gurcüstan-Türkiyə formatı çərçivəsində münasibətlərin inkişaf perspektivləri geniş müzakirə olunub.

M.Canelidze iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini xüsusi vurğulayıb. O bildirib ki, hər iki dövlət beynəlxalq təşkilatlarda da bir sıra vacib məsələlərlə bağlıeyni mövqedən çıxış edirlər.

F.Muradov Azərbaycan dövlətinin, əsasən də Prezident İlham Əliyevin Gürcüstanla münasibətlərə xüsusiönəm verdiyini söyləyib: "İki ölkənin həyata keçirdiyiregional layihələr təkcə xalqlarımızın rifahının yaxşılaşmasıma deyil, bütövlükdə regionun inkişafına, eləcə də Avropanın enerji təhlükəsizliyinə xidmət edir".

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, F.Muradov Gürcüstanda səfərdədir.