20 dövlət əmlakı özəlləşdirildi (FOTO)


Digərləri 12 İyn 2018 14:42:00 261 0

20 dövlət əmlakı özəlləşdirildi (FOTO)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 iyun tarixində növbəti hərrac keçirilib.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 iyun tarixində növbəti hərrac keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, özəlləşmə prosesi rəqabətli şəkildə baş tutub. Hərracda 20 dövlət əmlakı sahibini tapıb. Bunlardan 3-ü kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 4-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 11 istifadəsiz qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi, 1 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili özəlləşdirilib. Qeyri-yaşayış sahəsi üzrə hərrac rəqabətliliyi ilə seçilib. Müxtəlif növ belə əmlaklara alıcı marağı yüksək olub. Belə ki, Bakının Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsi investorları özünə cəlb edə bilib. Əmlakın ilkin start qiyməti 30 min manat olsa da ən son təklif 45 min 300 manata qədər yüksəlib. Ümumi faydalı sahəsi 48 kv.m-ə yaxın olan həmin əmlak biznes qurmaq istəyən sahibkar üçün uğurlu seçimdir. Bundan başqa, paytaxtın Nəsimi rayonun Əlövsət Quliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsinin hərracında da analoji hal müşahidə edilib. Belə ki, ilkin start qiyməti 6 min manat olmasına baxmayaraq həmin əmlak 6 min 200 manata sahibini tapıb. Ümumilikdə özəlləşdirilən qeyri-yaşayış sahələri paytaxtın müxtəlif bölgələrini əhatə edərək, Sabunçu, Nərimanov, Nəsimi rayonlarında yerləşir.