Azərbaycanda istehsal olunan siqarlara tətbiq edilən vergi dərəcəsi artırılacaq


Digərləri 12 İyn 2018 14:33:13 220 0

Azərbaycanda istehsal olunan siqarlara tətbiq edilən vergi dərəcəsi artırılacaq

Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlar və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.