Bu il ölkə üzrə I sinfə qəbul üçün 58 min müraciət olunub


Digərləri 12 İyn 2018 14:32:07 247 0

Bu il ölkə üzrə I sinfə qəbul üçün 58 min müraciət olunub

İyunun 11-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün ümumilikdə 58 minə yaxın sorğu yerləşdirilib.

Bakı. İlhamə İsabalayeva - İyunun 11-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsi ilə I sinfə qəbul üçün ümumilikdə 58 minə yaxın sorğu yerləşdirilib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-2019-cu dərs ili üçün Bakı ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərə şagird qəbulu elektron sistem vasitəsi ilə həyata keçirilir.