Qida təhlükəsizliyi ilə bağlı xidmətlər ASANlaşdı


Digərləri 12 İyn 2018 14:09:00 213 0

Qida təhlükəsizliyi ilə bağlı xidmətlər ASANlaşdı

İyunun 12 -də qida təhlükəsizliyi ilə bağlı xidmətlərin "ASAN xidmət" mərkəzlərində həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

Son.az xəbər verir ki, Memorandumu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev imzalayıblar.

Memoranduma əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılması ilə bağlı təşkilati, hüquqi, maarifləndirici işlərin hazırlanması və həyata keçirilməsi "ASAN xidmət" və mərkəzləri vasitəsilə təmin olunacaq.