Neftçi növbəti transferini rəsmiləşdirdi


İdman 12 İyn 2018 14:07:00 314 0

Neftçi növbəti transferini rəsmiləşdirdi

Neftçi daha bir transferini rəsmiləşdirib. Goal.az xəbər verir ki, "ağ qaralar" Rəşad Eyubovla 1 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi yeni komandasında 4 nömrəli formanı geyinəcək.

Rəşad Eyubov ötən mövsümü Sumqayıt klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın Çernomorets və Metallurg klubları ilə yanaşı, ölkəmizdə Simurq, Xəzər Lənkəran, Kəpəz və Qəbələ-də də çıxış edib. Neftçi bundan öncə cinah müdafiəçisi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.