Nura Afaq Gəncəliyə: "Bizi tamaşaçıların gözündən salmaqla, nə qazanırsınız?"


Şou-biznes 12 İyn 2018 14:00:00 271 0

Nura Afaq Gəncəliyə: "Bizi tamaşaçıların gözündən salmaqla, nə qazanırsınız?"

Hər zaman Afaq Gəncəlinin hörmətini saxlamışam, xətrini çox istəmişəm. Dəfələrlə efirdə mənə qarşı qərəzli süjetlər gedib və bu, mənim Afaqa qarşı münasibətimi dəyişməyib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri deyib. O, İnstaqram-da canlı yayıma girərək televiziya və media nümayəndələrinə etirazını bildirib:

"İllərlə fərqli kanallarda qadağada olmuşam, bu canlı yayımdan sonra da olsam, təəccüblənmərəm. Haqqını tələb edəni, sözün düzünü deyəni çoxu sevmir. Reytinq xatirinə müğənniləri, məşhurları gözdən salmaq normal hala çevrilib. Guya ATV əməkdaşının toyunda "Paparazzi" çəkirdilər. Toydan çıxarkən prodüserim nəzarətçiyə pul verdi və avtomobilə əyləşdik. Çəkdiklərini də görürdüm. Sonra montaj edib, məni elə təqdim edirlər ki, guya, nəzarətçiyə 1 manat verməyə qıymamışam. Bunu montaj edib məni belə təqdim etməyin mənasını anlamıram.