Ziyafət Əsgərov: Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad etməyə haqqı var


Digərləri 12 İyn 2018 13:44:00 265 0

Ziyafət Əsgərov: Azərbaycanın müharibə yolu ilə torpaqlarını azad etməyə haqqı var

Azərbaycanın haqqı var ki, BMT-nin nizamnaməsinə, öz qanunvericiliyinə müvafiq olaraq müharibə yolu ilə torpaqlarını azad etsin.

Bakı. Elçin Mehdiyev – Azərbaycanın haqqı var ki, BMT-nin nizamnaməsinə, öz qanunvericiliyinə müvafiq olaraq müharibə yolu ilə torpaqlarını azad etsin. Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. Z.Əsgərov bildirib ki, Azərbaycan sülhsevər dövlətdir: “Biz sülhsevər dövlət olaraq başqa dövlətlərin ərazisinə qəsd etmək vasitəsi kimi müharibəni rədd edirik. Dağlıq Qarabağ və ona bitişik ərazilərimiz Ermənistan tərəfindən işğal olunub. Ermənilər sülh yolu ilə ərazilərimizi tərk etməsələr, Azərbaycanın haqqı var ki, BMT-nin nizamnaməsinə, öz qanunvericiliyinə müvafiq olaraq müharibə yolu ilə torpaqlarını azad etsin. Bizim işimiz haqq-ədalət işidir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin