15 yaşlı oğlanda azyaşlı məktəbliyə qarşı qandonduran hərəkət: yerə yıxdı və... Beyləqanda


Digərləri 12 İyn 2018 13:33:00 302 0

15 yaşlı oğlanda azyaşlı məktəbliyə qarşı qandonduran hərəkət: yerə yıxdı və...  Beyləqanda

Beyləqan şəhərində qətl törətməkdə təqsirli bilinən 2001-ci il təvəllüdlü Elgün Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki,Elgün Vəlizadə 31 dekabr 2016-cı il tarixdə saat 19 radələrində yaşadığı Beyləqan şəhəri RTS qəsəbəsində onunla qonşuluqda yaşayan 2005-ci il təvəllüdlü Murad Orucovun təklifi ilə onunla birlikdə pirotexniki vasitə almaq üçün şəhərin Magistiral küçəsində yerləşən "Real Market" MMC-yə gediblər.

Lakin orada pirotexniki vasitə olmadığından ala bilməyərək ikilikdə evə qayıdarkən Murad Orucov digər mağazalara baxmağı təklif edib. Elgün Vəlizadə onunla razılaşmayıb.

Bu səbəbdən RTS qəsəbəsi ərazisindən keçən Beyləqan-Kəbirli avtomobil yolunun kənarında aralarında mübahisə baş verib. Mübahisə zamanı Murad Orucov onun sağ qol nahiyəsinə bir yumruq zərbəsi vurub. Elgün Vəlizadə də öz növbəsində Murad Orucovun sifət nahiyəsinə bir yumruq zərbəsi vurub.

Mübahisə və dava

Bundan sonra Murad Orucov qaçaraq avtomobil yolunu keçib, həmin yolun əks-tərəfi ilə axan su kanalının üzərinə örtük olaraq çəkilmiş beton lövhələrin üstünə çıxmaqla, evlərinə tərəf qaçmağa başlayıb.

Elgün Vəlizadə onun aralarında baş vermiş mübahisə barədə valideynlərinə məlumat verməsinin qarşısını almaq niyyəti ilə Murad Orucovun arxasınca qaçaraq onu beton lövhələrin üstü ilə təxminən 40-50 metr məsafədə qovub, ona çataraq arxadan badalaq verərək onu yıxıb. Murad Orucov yıxılarkən alın nahiyəsi beton lövhəyə dəyib. Həmin vaxt Murad xəsarət alaraq, huşsuz vəziyyətdə qalıb.

Qətl

Elgün Vəlizadə Murad Orucovun özünə gəldikdən sonra hadisə barədə valideynlərinə məlumat verəcəyindən qorxub. Bunun qarşısını almaq üçün onu öldürmək qərarına gəlib.

Bu məqsədlə Elgün Vəlizadə huşsuz vəziyyətdə olan Murad Orucovu yıxıldığı beton lövhənin üzərində olan dəlikdən itələməklə axar su ilə dolu olan kanala atıb. Murad Orucov həmin vaxt boğularaq ölüb.

"Aramızda mübahisə yarandı"

İstintaq orqanı tərəfindən 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Elgün Vəlizadə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, dekabrın 31-də, saat 18-19 radələrində RTS qəsəbəsində Murad Orucovla birlikdə pirotexniki vasitə almaq üçün "Real Marketə" gediblər: "Həmin mağazada pirotexniki vasitə satılmadığından ala bilmədik. Mağazadan birlikdə çıxdıq. Murad mənə digər mağazalara getməyi təklif etsə də, onunla razılaşmadım, evə gedəcəyimi bildirdim. Birlikdə yaşadığımız ev istiqamətində gələn zaman Murad Orucov mənə mağazaya getmədiyimə görə partladan ala bilmədiyini dedi və bu səbəbdən də aramızda mübahisə yarandı".

"Çağırışlarıma əhəmiyyət vermədi"