Siyavuş Novruzov: Partiyaların maliyyə hesabatı verməməsi ölkənin ümumi siyasi sisteminə zərərdir


Digərləri 12 İyn 2018 13:19:00 264 0

Siyavuş Novruzov: Partiyaların maliyyə hesabatı verməməsi ölkənin ümumi siyasi sisteminə zərərdir

Azərbaycanda bəzi siyasi partiyalar maliyyə dövriyyələri barədə aidiyyəti qurumlara hesabat vermirlər.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda bəzi siyasi partiyalar maliyyə dövriyyələri barədə aidiyyəti qurumlara hesabat vermirlər. Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, belə olan halda isə qeyri-şəffaflıq ortaya çıxır: “İndi öz aralarında mübahisə edirlər ki, pul gəlir, mənimsənilir. Bu isə ölkənin ümumi siyasi sisteminə zərər verir”. O vurğulayıb ki, hər bir siyasi partiya öz hesabatını həm ictimaiyyətə, həm də aidiyyəti qurumlara təqdim etməlidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin