Tramp: "ABŞ Koreya yarımadasında hərbi təlimləri dayandıracaq, lakin sanksiyalar qüvvədə qalır"


Dünya 12 İyn 2018 13:09:49 316 0

Tramp: "ABŞ Koreya yarımadasında hərbi təlimləri dayandıracaq, lakin sanksiyalar qüvvədə qalır"

ABŞ prezidenti: "Uyğun zaman gələndə Pxenyana səfər edəcəyəm"

"Uyğun zaman gələndə Pxenyana səfər edəcəyəm və Kim Çen Inı Vaşinqtona dəvət edəcəyəm".

"Report" xəbər verir ki, bunu ABŞ Prezident Donald Tramp mətbuat konfransında deyib.

ABŞ prezidenti bugünkü görüşlə tarixdə yeni fəsil açmağa hazırlaşdıqlarını bildirib. Donald Tramp Kim Çen Ina güvəndiyini və onunla yaxşı münasibətlər qurduğunu söyləyib.

"Biz həqiqətən dost ola bilərik", - o qeyd edib.

D.Tramp bildirib ki, sammitin yekununda Koreya yarımadasının nüvə silahlardan tam təmizlənilməsinə sadiqlik vədi verilib. "Özü də bunu imkan daxilində tez etməklə bağlı razılaşdıq", - o deyib.

ABŞ prezidentinin sözlərinə görə, Şimali Koreyaya qarşı sanksiyalar hələlik qüvvədə qalacaq: "ABŞ həmçinin KXDR üçün təhlükəsizlik zəmanəti kimi müdafiə potensialını azaltmayacaq. Amma Vaşinqton Koreya yarımadasında hərbi təlimləri dayandıracaq".