Gözünü müalicə etdirmək üçün narkotik satmaq istədi VİDEO FOTO


Kriminal 12 İyn 2018 13:15:00 291 0

Gözünü müalicə etdirmək üçün narkotik satmaq istədi  VİDEO  FOTO

Kəlbəcər rayonundan olan Gəray Yusifov Zərdabda çəkisi 1 kq 345 qram olan qurudulmuş marixuananı 500 manata satarkən tutulub. 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, Yusifov narkotiki Bərdə rayonundan əldə edib. Özünün dediyinə görə, bitkinin Kür çayının kənarında yabanı şəkildə bitdiyini görüb, yığaraq evdə qurudub. Gözünü müalicə etdirmək üçün pul lazım olduğu üçün narkotiki satmaq qərarına gəlib.  Gəray Yusifov - saxlanılan şəxs: "Heç kimə arzulamıram. Peşmanam, səhvimi etiraf edirəm". Polisin sayıqlığı nəticəsində tutulan şəxs barəsində Zərdab Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Xəbərə aid fotolar