Azərbaycanla Hindistan arasında vizasız gedişgəliş mümkün olacaq


Digərləri 12 İyn 2018 13:06:35 292 0

Azərbaycanla Hindistan arasında vizasız gedişgəliş mümkün olacaq

Azərbaycanla Hindistan arasında müəyyən kateqoriyalı şəxslərin vizasız gediş-gəlişi barədə saziş təsdiq edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişin təsdiq edilməsi barədə məsələ müzakirəyə çıxarılıb.