Arsenal 9 futbolçuya qapını göstərdi


İdman 12 İyn 2018 13:09:00 269 0

Arsenal 9 futbolçuya qapını göstərdi

Arsenal Arsen Vengerin ardından 9 futbolçu ilə də başa çatan müqaviləni yeniləməyib.

Goal.az xəbər verir ki, sərbəst buraxılan futbolçular Mark Pola, Kazorla, Aleksandr Krean, Aron Eyoma, Ryan Huddart, Çiori Conson, Hüqo Keto, Mertezaker və Tafari Mooredir.

Müqaviləsi bitdiyi halda yeni təklif alanlar da var: Vilşer, Tolaji Bola, Con Dasilva, Yassin Fortune, Deyan Lliev.

Xatırladaq ki, 22 ildən sonra komandadan ayrılan Arsen Vengeri Unay Emeri əvəzləyib.