Bağ evlərinə qənim kəsilmiş şəxslər tutuldular


Kriminal 12 İyn 2018 12:38:00 312 0

Bağ evlərinə qənim kəsilmiş şəxslər tutuldular

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Novxanı, Corat və Qurd Dərəsi bağlar massivində fərdi evlərdən silsilə oğurluqlar edərək insanlara külli miqqdarda ziyan vuran şəxslərin saxlanılması istiqamətində xüsusi əməliyyat həyata keçirilib. Nəticədə bu cinayətləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri - Rüfət Abasəliyev və Tasim Dadaşov saxlanılıblar.

DİN-dən Son.az-a verilən məlumata görə, ilkin ifadələri zamanı dəstə üzvləri Sumqayıt şəhəri və ətraf ərazilərdə yerləşən 23 bağ evindən kondisionerlər, noutbuklar, elektrik naqilləri, metaldan hazırlanan müxtəlif növ məişət əşyaları, habelə təmir-tikinti alətləri oğurladıqlarını bildiriblər. Qeyd edək ki, dəstə üzvləri əsasən mütəmadi yaşayış olmayan evlərdən oğurluq ediblər.