"Qara pələngim, panteram mənim..."


Şou-biznes 12 İyn 2018 12:25:00 275 0

"Qara pələngim, panteram mənim..."

"Maşın" şounun 16-cı buraxılışı gözlənilməz hadisələrlə yadda qalıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bunlardan biri də bugünkü verilişdə nümayiş olunub.

Belə ki, ən çox şəkli atılan Uran səs toplayıb oyundan Pərvin Abıyevanı çıxarmaq fikrində idi. Lakin Roza Zərgərli Aytən Səfərova və Pərvin Abıyevaya üz tutaraq, "Kim əlini mənə görə maşından götürər?", "Kim əsl dostdur?" deyib. Buna cavab olaraq Pərvin əlini maşından götürüb və bildirib ki, o, heç vaxt ikiüzlü oyun aparmayıb.

Abıyevanın bu jestinə bəzi məşhurlar biganə qala bilməyiblər. Onlar hisslərini sosial mediada bölüşüblər. 

Aktyor Cavidan Novruz aktrisa ilə birgə çəkilmiş şəkli paylaşaraq yazıb:

"Qara pələngim, panteram mənim, oradakılara və bəzilərinə kişilik dərsi keçdin".