Pambıq tarlasında baş vermiş zəhərlənmənin ilkin SƏBƏBİ AÇIQLANDI


Digərləri 12 İyn 2018 12:27:01 230 0

Pambıq tarlasında baş vermiş zəhərlənmənin ilkin SƏBƏBİ AÇIQLANDI

Qida Təhlükəsizliyi Agentliyinin ekspertlərinin və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə Saatlıda pambıq tarlasında, kimyəvi maddələrin saxlandığı anbarlardan və xəstələrdən götürülmüş nümunələrin üzərində ekspertizalar həyata keçirilir.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, ekspertizaların ilkin rəyinə əsasən, pambıq tarlasında baş vermiş zəhərlənmənin mənşəyi qida məhsulu deyil: "Bu, qida zəhərlənməsi deyil. İlkin nəticələrə görə, zəhərlənmə pambıq tarlasında istifadə olunan herbisidlərdən baş verib".