Bakı Şəhəri üzrə Təhsil İdarəsi: "Son zəng" yalnız 2 saat ərzində keçirilir


Digərləri 12 İyn 2018 12:13:00 291 0

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: "Son zəng" yalnız 2 saat ərzində keçirilir

"İyunun 14-də Bakıda bütün məktəblərdə "Son zəng" tədbiri keçiriləcək. Bu tədbir yalnız məktəb daxilində və iki saat ərzində keçirilir".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib.

Onun sözlərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi "Son zəng" tədbirlərində şagirdlərin və tədbirin keçirilməsinə aidiyyəti olan digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi üçün müxtəlif qabaqlayıcı tədbirlər görür və bu məqsədlə müvafiq orqanlara müraciətlər edir.

M.Vəliyeva hesab edir ki, builki "Son zəng" tədbirləri də yaxşı səviyyədə keçiriləcək.