Bakıda məktəblərin 10 faizində şagird sıxlığı müşahidə olunur


Digərləri 12 İyn 2018 12:17:49 280 0

Bakıda məktəblərin 10 faizində şagird sıxlığı müşahidə olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin yalnız 10 faizində şagird sıxlığı müşahidə olunur. Bizim qənaətimizə görə, bu sıxlıq 31 məktəbdə var.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, bəzi ərazilərdə yeni məktəblərin tikilməsi sayəsində bu problemin həllinə nail ola biləcəklər.