Ançelotti favoritini açıqladı


İdman 12 İyn 2018 12:16:00 256 0

Ançelotti favoritini açıqladı

Napoli-nin baş məşqçisi Karlo Ançelotti dünya çempionatındakı favoritlərini açıqlayıb.

Goal.az xəbər verir ki, “Sky Sports”a açıqlama verən italiyalı mütəxəssis Braziliya, İspaniya, Almaniya və Argentina dördlüsündən birinin çempion olacağını düşünür.

Karlo Ançelotti mundialda sürprizə imza ata biləcək komandaların adlarını da açıqlayıb: “Təbii ki, əsas favorit Braziliyadır. Mükəmməl müdafiə xətti və dünyanın ən yaxşı hücumçularını bir araya gətirən Tite inanılmaz iş görüb. Dünya çempionu böyük ehtimalla Argentina, İspaniya, Almaniya, Braziliya yığmalarından biri olacaq. Belçika və Xorvatiya isə sürpriz edə bilər. Onların hər ikisi hazırda əla futbolçu nəslinə sahibdilər”.