Klyuvertin oğlu Roma-da


İdman 12 İyn 2018 11:32:00 284 0

Klyuvertin oğlu Roma-da

Hollandiya millisinin sabiq futbolçusu Patrik Klyuvertin oğlu Castin Klyuvert Roma-ya transfer olunub.

Goal.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. İtaliya mətbuatı bu transfer üçün Roma-nın Ajax-a 20 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, C.Klyuvert ötən mövsüm Ajax-da 30 matçda 10 qol vurub, 5 qolun ötürməsini verib.