Bakı hava limanı ilk beş ay ərzində 1,5 milyondan çox sərnişinə xidmət göstərib


Digərləri 12 İyn 2018 11:23:00 574 0

Bakı hava limanı ilk beş ay ərzində 1,5 milyondan çox sərnişinə xidmət göstərib

12 iyun 2018-ci il, Bakı - Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk beş ayı ərzində 1,56 milyon sərnişinə xidmət göstərmişdir. Bu göstərici ötən ilin analoji göstəricisindən 11 faiz çoxdur.  

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının payına 631 min sərnişin, milli loukoster "Buta Airways"in payına isə 176 min sərnişin düşmüşdür. 

1 milyon 343 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınmışdır. Beynəlxalq sərnişinlərin ümumi sayının 31 faizi AZAL-ın,  13 faizi  isə "Buta Airways"in payına düşmüşdür.  

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 40-dan çox istiqamət üzrə 30-dan çox aviaşirkətə xidmət göstərir. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna əvvəlki kimi İstanbul, Moskva, Dubay, Kiyev, Doha, Şarja, Tbilisi, Bağdad, Tehran və Sankt-Peterburq daxildir. Yanvar-may ayları ərzində bu istiqamətlərə 1 milyon 22 min sərnişin uçmuşdur. İyun ayından etibarən Bəhreyn Krallığının milli aviaşirkəti "Gulf Air" Bakıya uçuşlar yerinə yetirməyə başlamışdır.