Kim Çen İn sənəd imzalanması üçün təşkilatçıların qələmini qəbul etməyib


Dünya 12 İyn 2018 11:13:35 346 0

Kim Çen İn sənəd imzalanması üçün təşkilatçıların qələmini qəbul etməyib

KXD lideri sənədi bacısının ona hədiyyə etdiyi qələmlə imzalayıb

KXDR lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampla görüşdən sonra yekun sənədi ABŞ tərəfinin təklif etdiyi qələmlə yox, bacısının ona hədiyyə etdiyi lələkvari qələmlə imzalayıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Hələ mərasim başlamazdan əvvəl, imzalanması üçün qovluqlar və üzərində Donald Trampın adı olan iki eyni qələm masanın üzərinə qoyularkən Şimali Koreya liderinin ağ əlcəkli təhlükəsizlik işçisi qələmi açaraq onu salfetlə silib.

Amma imzalamadan əvvəl bacısı Kim Yo Çjon KXDR liderinə yaxınlaşaraq ona lələkvari qələm uzadıb. Kim Çen İn də məhz o qələmlə yekun sənədi imzalayıb.