FHN Qaradağda ölümlə nəticələnmiş qəza barədə məlumat yayıb


Digərləri 12 İyn 2018 11:11:00 278 0

FHN Qaradağda ölümlə nəticələnmiş qəza barədə məlumat yayıb

Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub.

Bakı. Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub. FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.