Rakitiç: "Mundialın qalibi ola bilərik"


İdman 12 İyn 2018 10:42:00 288 0

Rakitiç: "Mundialın qalibi ola bilərik"

Xorvatiya millisinin futbolçusu İvan Rakitiç mundialdakı şanslarını dəyərləndirib.

Goal.az xəbər verir ki, o, komandasının DÇ-2018-in kubokunu qazana biləcəyini deyib: "Biz hazırda Nigeriya ilə birinci matça köklənməliyik və sonra qrupdan çıxmaq haqda düşünməliyik. Yaxşı oynasaq, dünya çempionatının kubokunu qazana bilərik. Komandamızda təcrübəli oyunçular var. Əla komandaya sahibik".

Qeyd edək ki, Xorvatiya mundialda Nigeriya, Argentina və İslandiya ilə eyni qrupda oynayacaq.