Şəkidə 82 kiloqram narkotik vasitə aşkarlanıb (FOTO)


Digərləri 12 İyn 2018 11:01:00 265 0

Şəkidə 82 kiloqram narkotik vasitə aşkarlanıb (FOTO)

Şəkidə 82 kiloqram narkotik vasitə aşkarlanıb.

Bakı. Şəki sakinlərindən biri Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus torpaq sahəsində yabanı halda bitmiş çətənə kollarının olduğu barədə məlumat verib. Daxil olmuş müraciət əsasında polis əməkdaşları həmin əraziyə baxış keçirib. Oradan ümumi çəkisi 82 kiloqram olan 4311 ədəd çətənə kolu aşkar edilib və yandırılaraq məhv edilib. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Balakən RPŞ əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gərəkli kənd sakini Tahir İsmayılov saxlanılıb.