Azərbaycanın sərhəd ərazisində 940 kq narkotik maddə aşkarlandı (FOTO)


Digərləri 12 İyn 2018 11:04:47 230 0

Azərbaycanın sərhəd ərazisində 940 kq narkotik maddə aşkarlandı (FOTO)

Dövlət Sərhəd Xidməti tərə­findən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada çətənə kolları­nın yabanı halda bit­diyi sahə aşkar olunub.

Bakı. Samir Əli - Dövlət Sərhəd Xidməti tərə­findən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində sərhədboyu zonada çətənə kolları­nın yabanı halda bit­diyi sahə aşkar olunub. Xidmətdən Trend-də verilən məlumata görə, iyunun 7-də Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfin­dən Ağstafa rayo­nunun Sadıxlı kəndinin arxa hüdudunda “Qara­yazı” dövlət meşə qoruğunda sərhəd xəttindən təqribən 3 km ara­lıda aşkar­lanmış sahədə aqrotexniki qulluq olunmamış, hün­dürlüyü təqribən 120-170 sm, ümumi çəkisi 940 kq olan 4159 ədəd çətənə kolunun yabanı halda bitməsi müəyyən edilib.