Heydər Əliyev Beynəlxalq Aeroportu beş ay ərzində 1,5 milyondan çox sərnişinə xidmət göstərib


Digərləri 12 İyn 2018 10:56:00 239 0

Heydər Əliyev Beynəlxalq Aeroportu beş ay ərzində 1,5 milyondan çox sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk beş ayı ərzində 1,56 milyon sərnişinə xidmət göstərib.

Bakı. Heydər Əliyev Beynəlxalq Aeroportu 2018-ci ilin ilk beş ayı ərzində 1,56 milyon sərnişinə xidmət göstərib. Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu göstərici ötən ilin analoji göstəricisindən 11 faiz çoxdur. “Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının payına 631 min sərnişin, milli loukoster “Buta Airways”in payına isə 176 min sərnişin düşüb. 1 milyon 343 min sərnişin (ümumi sərnişin dövriyyəsinin 86 faizi) beynəlxalq reyslərlə daşınıb. Beynəlxalq sərnişinlərin ümumi sayının 31 faizi AZAL-ın, 13 faizi isə “Buta Airways”in payına düşüb.