"TANAPın açılışı göstərir ki, biz niyyətləri reallığa çeviririk"


Digərləri 12 İyn 2018 10:48:12 346 0

"TANAPın açılışı göstərir ki, biz niyyətləri reallığa çeviririk"

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Transanadolu qaz kəmərinin (TANAP) rəsmi açılışına bu layihənin reallaşdırılmasında əsas mərhələ kimi baxılır.

Son.az xəbər verir ki, bunu Trend-ə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.

M.Şefçoviç qeyd edib ki, TANAP Cənubi Qafqaz boru kəməri və Transadriatik qaz kəməri (TAP) ilə birgə "Cənub Qaz Dəhlizi"nin ayrılmaz hissəsidir:

"Buna görə də Transanadolu qaz kəmərinin rəsmi açılışı mühüm mərhələdir. Belə ki, bu hissə ticari əsasda Xəzər regionundan qazı Türkiyəyə nəql etməyə imkan verəcək. Başqa sözlə, biz enerji birliyi çərçivəsində niyyətləri reallığa çeviririk və real nəticələr əldə edirik".

O bildirib ki, Avropaya enerji resursları tədarükünün təchizatçıları və marşrutlarını şaxələndirməyə xidmət edən "Cənub Qaz Dəhlizi" Avropa İttifaqının enerji təhlükəsizliyi üçün mühüm strateji layihədir: