Argentinalı futbolçu məşqdə iştirak edə bilmədi


İdman 12 İyn 2018 10:21:00 283 0

Argentinalı futbolçu məşqdə iştirak edə bilmədi

Argentina milli komandasının futbolçusu Ever Baneqa komanda ilə məşqdə iştirak etməyib.

Goal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi zədə səbəbindən komandanın bugünkü məşqinə qatılmayıb. Onun zədəsinin yüngül olduğu bildirilib. 

Qeyd edək ki, Argentina milli komandası dünya çempionatında İslandiya, Xorvatiya və Nigeriya ilə birgə D qrupunda mübarizə aparacaq.