Liseylərə elektron qeydiyyat başladı


Digərləri 12 İyn 2018 10:11:00 256 0

Liseylərə elektron qeydiyyat başladı

Liseylərin V sinfinə qəbul üzrə elektron qeydiyyat başlanılıb

Bakı. İlhamə İsabalayeva - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki liseylərə V sinfə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlanılıb. İdarədən Trend-ə verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 nömrəli Texniki-Humanitar Lisey, 147 nömrəli Texniki-Humanitar Lisey və 291 nömrəli Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Elektron sənəd qəbulu iyunun 20-nə qədər davam edəcək. 12 iyun tarixinə (09:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə liseylərin V sinfinə qəbul üçün 1 130 sorğu yerləşdirilib. Onlardan 771-i Texniki-Humanitar Liseyə, 91-i 2 nömrəli Texniki-Humanitar Liseyə, 110-u 147 nömrəli Texniki-Humanitar Liseyə, 158-i isə 291 nömrəli Ekologiya Liseyinə qəbul üçün elektron qeydiyyatdan keçib.